İran 1400 kilometr mənzilli yeni ballistik raket nümayiş etdirdibackend

İran 1400 kilometr mənzilli yeni ballistik raket nümayiş etdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran 1400 kilometr mənzilli yeni yerdən yerə ballistik raketini təqdim edib.

Editor.az İran dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, İraqla 8 illik müharibəni xatırlamaq üçün keçirilən “Müqəddəs Müdafiə Həftəsi” tədbirləri paytaxt Tehranda İmam Xomeyni hərəmi qarşısında təşkil edilən mərasimlə başlayıb.

Paradda orta mənzilli və çıxarılan döyüş başlığı daşıya bilən “Rıdvan” adlı yeni ballistik raket də nümayiş etdirilib.

Qurudan quruya 1400 kilometr məsafəyə malik olduğu bildirilən maye yanacaqlı ballistik raketin sabit və mobil platformalardan atılma qabiliyyətinə malik olduğu bildirilib. Sərgidə nümayiş olunan ballistik raket haqqında məlumat verən İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Selami buraxıldıqdan sonra səsdən 8 dəfə daha sürətli yer atmosferinə daxil olan və dəqiq idarə olunan orta mənzilli ballistik raket olduğunu deyib.

//Gülnarə Abasova, Editor.az