İran futbol nümayəndələri 2026-cı il Dünya Kuboku finalının püşkatma mərasimində iştirak etməyəcəklər.
İslam Respublikasının futbol rəsmiləri Vaşinqtonun İran Futbol Federasiyasının (FFIR) bir neçə nümayəndəsinə tətbiq etdiyi viza məhdudiyyətlərinə etiraz ediblər: “Amerika tərəfinin idmançılığa yaraşmayan davranışı səbəbindən İran nümayəndə heyəti 5 dekabrda keçiriləcək püşkatma mərasimində iştirak etməmək qərarına gəlib.”, – FFIR üzvü Əmir Mehdi Ələvi deyib. ABŞ hakimiyyətinin FFIR rəhbəri Mehdi Taja viza verməkdən imtina etdiyi bildirilir.
Qeyd etmək lazımdır ki, İran milli futbol komandası yeddinci dəfə Dünya Kuboku finalına vəsiqə qazanıb. İran milli komandası Asiyanın ən güclü komandalarından biri hesab olunur, baxmayaraq ki, İran futbolçuları hələ Dünya Kuboku pley-off mərhələsində oynamayıblar.
//Samir Qurbanov, Editor.az

