“İran “3+3″ formatı ilə proseslərə daxil olmaq istəyir”-AÇIQLAMAbackend

“İran “3+3″ formatı ilə proseslərə daxil olmaq istəyir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Danışıqların bu formatla aparılması yenilik deyil. Zaman-zaman bu iddia ortaya atilır. Lakin hazırda İkinci Qarabağ müharibəsi, eləcə də sonuncu lokal antiterror əməliyyatından sonra dəyişən vəziyyətə uyğun mövqe tutulmalıdır”.

Bunu Editor.az-a Azad Vətən Partiyasının sədri, politoloq Akif Nağı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianin açıqlamasında “Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların (3+3 formatı) iştirakı ilə həll etmək olar. “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran hər hansı formada proseslərdə iştirak etməyə çalışır:

“Prosesdən kənarda qalmayaraq öz məqsədlərini həyata keçirtmək istəyir. Zəngəzur dəhlizi ilə bağlı da ciddi maraqları var və bu məsələdə Ermənistanın mövqeyini müdafiə edir. Rəsmi Tehran regionda ABŞ-ın rolunun olmasını istəmir. Amerikanın aktivliyindən ciddi şəkildə narahatdır. Bunun üçün həmin təşəbbüsdən çıxış edirlər. Bu formatın yeni şəraitdə daha uyğun dördlük formatını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ortaya çıxartdı. Hazırkı mərhələdə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsində həmin format daha əlverişlidir”.

A.Nağının fikrincə, son günlərdə Ermənistan və İran arasında fəal münasibətlər müşahidə edilir:

“Tərəflər arasında zaman-zaman qarşılıqlı səfərlər, dövlət liderlərinin, rəsmilərin görüşləri baş tutur. İranın verdiyi açıqlamalarda Ermənistanı qırmızı xətt adılandırırlar. Onu da qeyd etmək lazımdır ki, rəsmi Tehran Azərbaycanın gücü ilə hesablaşıb, səfirliyimizə qarşı terror aktı ilə bağlı narahatçılığımızı bildirib. Lakin hələ də terrorun səbəbkarları ilə bağlı rəsmi addım atılmayıb”.

//Safura Bənnayeva, Editor.az