İran ABŞ-la Omanda keçiriləcək danışıqlarda müvəqqəti nüvə sazişinin müzakirəsini təklif edə bilər. Onlar bildiriblər ki, İran rəsmiləri iki ay ərzində “texniki cəhətdən mürəkkəb” hərtərəfli sazişin razılaşdırılmasının real olmadığına inanır və gərginliyin qarşısını almaq üçün daha çox vaxt istəyirlər.
Editor.az bildirir ki, bu barədə “Axios” mənbələrə istinadən xəbər verir. ortalın məlumatına görə, müvəqqəti razılaşma Tehranın uranın zənginləşdirilməsi üzrə bəzi işlərinin dayandırılmasını, onun 60% zənginləşdirilmiş uran ehtiyatının azaldılmasını və BMT müfəttişlərinin ölkənin nüvə obyektlərinə daha geniş çıxışını əhatə edə bilər. Razılaşmanın bir hissəsi olaraq İran həmçinin ABŞ prezidenti Donald Trampdan İran iqtisadiyyatına “maksimum təzyiq” kampaniyasını dayandırmağı tələb edə bilər. Onun buna razı olub-olmayacağı məlum deyil.
Qeyd edək ki, Tramp İrandan ABŞ-ın 2018-ci ildə çıxdığı təşəbbüsü əvəz etmək üçün nüvə sazişi üzrə danışıqlara başlamağı tələb edib. Tehran danışıqlara yalnız vasitəçiliklə razılaşıb. İki ölkənin nümayəndə heyətləri aprelin 12-də Omanda görüşəcək. Həmin gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff İranın “yuxarı nümayəndəsi” ilə birbaşa danışıqları planlaşdırır.
//Samir Qurbanov, Editor.az