İran ABŞ-ı ittiham edib: Məsuliyyət daşıyırbackend

İran ABŞ-ı ittiham edib: Məsuliyyət daşıyır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Abdollahian X sosial şəbəkəsində İsveçrənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkilinin İran Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Onun vasitəsilə nazirlik mesajı ABŞ-a çatdırıb. Xarici işlər naziri vurğulayıb ki, Vaşinqton İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna görə məsuliyyət daşımalıdır, çünki ABŞ “sionist rejim”in tərəfdarıdır.

Aprelin 1-i axşam saatlarında İranın Dəməşqdəki konsulluğuna hücum edildiyi məlum olub. Hücum nəticəsində bina tamamilə dağılıb. Zərbə zamanı iki iranlı general, Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, həmçinin SEPAH-ın beş zabiti olub. Onların hamısı öldüb. “The New York Times” qəzeti anonim qalan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib.

Onların sözlərinə görə, hədəf general Zahedi olub. Bundan sonra İranın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Təhlükəsizlik Şurasına məktub göndərərək, onu İsrailin zərbəsini pisləməyə çağırıb. Diplomatik nümayəndəlik İsrailin hərəkətlərini terror hücumu adlandırıb və zərbənin BMT Nizamnaməsinə zidd olduğunu vurğulayıb. Məktubda həmçinin bildirilir ki, İran sərt cavab vermək hüququnu özündə saxlayır.

//Samir Qurbanov, Editor.az