İran ABŞ-ın mümkün yeni hücumuna hazırlaşır — diplomatik danışıqlara ümid azalırbackend

İran ABŞ-ın mümkün yeni hücumuna hazırlaşır — diplomatik danışıqlara ümid azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran daha sərt cavab variantlarını nəzərdən keçirir. İran ABŞ tərəfindən genişmiqyaslı hərbi əməliyyatların yenidən başladılması ehtimalına qarşı hazırlıqları gücləndirir.

Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Tehran mümkün hücum halında daha geniş və daha sərt cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir.

Mənbələrin bildirdiyinə görə, İran hərbi rəhbərliyi mümkün cavab tədbirlərinin hədəflərini, coğrafiyasını və vaxtını müzakirə edir. Bununla yanaşı, Tehran diplomatik kanalları tamamilə bağlamayıb və ABŞ-a yeddi günlük yeni təklif təqdim edib.

İran rəsmiləri isə hazırkı vəziyyətdə Vaşinqtonla razılaşmanın əldə olunmasını çətin hesab edirlər. Tərəflər arasında gərginliyin artması Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə yanaşı, enerji bazarlarına da təzyiq göstərir.

//Samir Qurbanov, Editor.az