İran ABŞ-ın müttəfiqlərini İsrailə kömək edəcəkləri halda onları vurmaqla hədələyibbackend

İran ABŞ-ın müttəfiqlərini İsrailə kömək edəcəkləri halda onları vurmaqla hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran diplomatik kanalları vasitəsilə hava məkanından İsrailin bu ölkəyə hücumu üçün istifadə ediləcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracağı ilə hədələyib.

 

Editor.az bu barədə The Wall Street Journal-a istinadla xəbər verir. Qəzetin məlumatına görə, Tehran İordaniya, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

WSJ-nin məlumatına görə, bu ölkələr İrana mümkün hücumlar üçün ABŞ və İsrailə öz infrastrukturunu və hava məkanını vermək istəmədikləri barədə Vaşinqtonu artıq məlumatlandırıblar. Avqust ayında ABŞ-ın Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin təmizlənməsindən sonra bölgədə gərginliyin artması səbəbindən Yaxın Şərqdəki qüvvələrinə potensial hücumlara hazırlaşdığı bildirilmişdi. Bildirilir ki, Pentaqonun artıq ondan çox döyüş gəmisi bölgəyə yerləşdirilib.

//Gülnarə Abasova, Editor.az