İran ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyirbackend

İran ABŞ-ın sanksiyalarının ləğvinin 6 ay çəkə biləcəyini deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvi altı aya çəkə bilər.

Editor.az APA-ya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin deputatı Məlek Şəriəti deyib.

“Bütün sanksiyaların ləğvi üç aydan altı aya qədər çəkə bilər və burada tələsmək və razılığa gəlmək lazımdır”-deyə o bildirib.

Yanvarın 3-də Vyanada nüvə sazişinin ilkin formada bərpası və ABŞ-ın bu çoxtərəfli sazişə qaytarılması məqsədi ilə danışıqların səkkizinci hissəsi bərpa edilib.