Amerika lideri Donald Tramp bildirib ki, İran açıq bəyanatlarına baxmayaraq, ABŞ-la birbaşa dialoq qurmaq istəyir.
“Düşünürəm ki, onlar birbaşa danışıqlar aparmaq istərdilər”.
Donald Tramp martın əvvəlində İranın ali lideri Əli Xamneyiyə məktub göndərdiyini bildirib. Orada deyilir ki, Vaşinqton Tehranla nüvə sazişi əldə etməyə üstünlük verir.
Buna cavab olaraq İran Oman vasitəsilə ABŞ-a cavab göndərib. İİR rəhbəri Məsud Pezeşkian deyib ki, Tehran ABŞ-ın birbaşa danışıqlar təklifindən imtina edib və onlar üçün pəncərə yalnız digər dövlətlərin vasitəçiliyi ilə açıqdır.
//Samir Qurbanov, Editor.az