İran: ABŞ-la danışıqların şərtləri hələ yerinə yetirilməyibbackend

İran: ABŞ-la danışıqların şərtləri hələ yerinə yetirilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vasitəçilər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışır, lakin danışıqlar prosesi hələ başlamayıb.”

Editor.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi mətbuat konfransında deyib.

Bekayinin sözlərinə görə, ABŞ-la nüvə danışıqlarının bərpası üçün zəruri şərtlər hələ formalaşmayıb. O bildirib ki, bəzi vasitəçi ölkələr İran və ABŞ arasında fikir ayrılıqlarını aradan qaldırmaq istiqamətində səylər göstərirlər, lakin bu, danışıqların başladığı anlamına gəlmir.

“Cənab Təhterəvançinin Omana səfəri zamanı ABŞ-dan heç bir mesaj verilməyib. Müxtəlif vasitəçilər sadəcə tərəflərin fikirlərini yaxınlaşdırmağa çalışırlar. Bu, İran və ABŞ arasında danışıqlar prosesinin başlanğıcı demək deyil,” – deyə Bekayi vurğulayıb.

Xatırladaq ki, son günlər ABŞ və İran arasında dolayı diplomatik təmasların intensivləşməsi barədə iddialar yayılıb. Bildirilir ki, Oman vasitəçi ölkə kimi bu istiqamətdə fəallıq göstərir.

Lakin İran tərəfi bir daha bəyan edib ki, mövcud şərtlər danışıqların bərpası üçün yetərli deyil və prosesin başlaması üçün Vaşinqtonun konkret addımlar atması tələb olunur.

//Gülnarə Abasova, Editor.az