İran ABŞ-la müharibə etməməlidir – İranın ali dini lideri Əli Xamneyibackend

İran ABŞ-la müharibə etməməlidir – İranın ali dini lideri Əli Xamneyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ABŞ-la müharibə etməməlidir, lakin ABŞ hücum edərsə, cavab verməyə hazır olmalıdır.

Editor.az bildirir ki, bunu İranın ruhani lideri Əli Xamneyi deyib. Belə ki, o, İordaniya və Suriya sərhəddində pilotsuz təyyarənin hücumundan sonra 3 ABŞ hərbçisinin həlak olduğu hadisə barədə məlumat verib.

“Əli Xamneyi görüşün nəticəsi barədə məlumat alanda açıq göstəriş verib: ABŞ-la birbaşa müharibədən qaçmaq və İranı amerikalıların ölümündə iştirak edən qrupların hərəkətlərindən uzaqlaşdırmaq lazımdır”, – “New York Times” qəzeti yazıb.

Nəşr onu da qeyd edir ki, İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, xüsusən də hava hücumundan müdafiə sistemləri aktiv fazaya keçib.

//Samir Qurbanov, Editor.az