İran ABŞ və İsrailin Yaxın Şərq müttəfiqlərini hədələdi: Vuracağıq!backend

İran ABŞ və İsrailin Yaxın Şərq müttəfiqlərini hədələdi: Vuracağıq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hakimiyyəti gizli diplomatik kanallar vasitəsilə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini ərazilərindən və ya hava məkanından İrana hücum etmək üçün istifadə edilərsə, onlara zərbə endirməklə hədələyib.

Editor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Tehran İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərə xəbərdarlıq edib. WSJ-nin məlumatına görə, bütün bu ölkələr İrana hücumlar üçün ABŞ və İsrailə hərbi infrastruktur və ya hava məkanı vermək istəmədikləri barədə Vaşinqtonu artıq xəbərdar ediblər.

Xatırladaqki, oktyabrın 1-də İran İsrailə doğru 180-dən çox ballistik raket atıb və bunu Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab adlandırıb. Media yazıb ki, İsrail hakimiyyəti cavab olaraq Tehranın nüvə obyektlərinə hücumu nəzərdən keçirir.

“The New York Times”ın yazdığına görə, İsrailin cavab zərbəsinin ən çox ehtimal olunan hədəfi İran hərbi bazaları olacaq. Tehran da yəhudi dövlətinin enerji infrastrukturunu sıradan çıxara biləcək daha dağıdıcı zərbə ilə hədələyir.

//Samir Qurbanov, Editor.az