İran açıqladı: Nüvə danışıqlarının yeri və tarixi açıqlandıbackend

İran açıqladı: Nüvə danışıqlarının yeri və tarixi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran 2015-ci il nüvə sazişinin Avropa tərəflərinin tələbi ilə danışıqların yeni mərhələsinə razılıq verib.

Editor.az İran dövlət televiziyasına istinadla xəbər verir ki, İran, Böyük Britaniya, Fransa və Almaniya arasında nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini açıqlayıb.

İran dövlət televiziyasının məlumatına görə, danışıqlar cümə günü, iyulun 25-də İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İclasda İranı xarici işlər nazirinin müavinləri Məcid Təhravançi və Kazem Qəribabadinin təmsil edəcəyi açıqlanıb.

Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələri bundan əvvəl mayın 16-da İstanbulda İran rəsmiləri ilə görüşüblər. Tərəflər ABŞ və İran arasında dolayısı danışıqlar zamanı bu danışıqları davam etdirmək barədə razılığa gəliblər.

//Gülnarə Abasova, Editor.az