İran Aİ monitorinq missiyasının Ermənistana gəlməsini istəmir?backend

İran Aİ monitorinq missiyasının Ermənistana gəlməsini istəmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgədə mövcud olan problemlərin həlli o halda mümkündür ki, region ölkələrinin özləri onların üzərində işləsinlər.

Editor.az bildirir ki, bunu İranın İrəvana yeni təyin olunmuş səfiri Aİ-nin Ermənistandakı monitorinq missiyasını şərh edərkən deyib. Abbas Badaşxan Zohuri region ölkələrinin dialoq əsasında müstəqil şəkildə təhlükəsizlik və sülhə nail olmaq imkanlarına əminliyini ifadə edib.

Diplomat digər ölkələrin də bu prosesdə oynaya biləcəyi rolu etiraf edib. Səfir diqqətə çatdırıb ki, sülh və təhlükəsizlik o zaman təmin olunacaq ki, iştirakçılar özləri buna nail olmaq üçün addımlar atsınlar.

  //Samir Qurbanov, Editor.az