İran-Amerika müharibəsi nə vaxt başlayacaq? – respublikaçı senator Lindsey Qrem açıqladıbackend

İran-Amerika müharibəsi nə vaxt başlayacaq? – respublikaçı senator Lindsey Qrem açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və ABŞ arasında müharibə 2024-cü ildə başlayacaq.

Editor.az bildirir ki, bunu respublikaçı senator Lindsey Qrem deyib. “Fox News” xəbər verir ki, siyasətçi ABŞ prezidenti Co Bayden və onun administrasiyasının hər il danışdığı müharibələri pisləyir.

O, daha sonra bildirib ki, İran və ABŞ arasında müharibə bu il başlayacaq, çünki İran tezliklə “İsrailə hücum etmək üçün” atom bombası yaradacaq.

Sonda Qrem Amerika liderini İranın neft infrastrukturuna hücum etməyə çağırıb. Əgər siz İranın neft infrastrukturuna hücum etməsəniz, onların pul kisəsini vurmasanız və onlar sizdən qorxmsalar, bizim əsgərlərimizə hücum etməyə davam edəcəklər”, – Lindsey Qrem vurğulayıb.

//Samir Qurbanov, Editor.az