İran hakimiyyəti xəbərdarlıq edib ki, İsrailin mümkün hücumuna cavab Amerikanın THAAD raketdən müdafiə batareyalarına zərbə olacaq.
Editor.az bildirir ki, bu barədə “Didban” Iran portalı yazıb. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Vahid Əhmədi qeyd edib ki, bizim amerikalıların İsraildə yerləşdirdiyi yeni THAAD sisteminə zərbə endirmək üçün mütləq imkanımız olacaq.
Əgər sionist rejim bizim raket hücumumuza cavab versə, Amerikanın raketdən müdafiə sistemləri şübhəsiz ki, hədəflərimizdən biri olacaq.
Bundan əvvəl İsrail İranın hücumuna oktyabrın 1-də cavab verəcəyini vəd etmişdi. Bəzi məlumatlara görə, İDF Sukkot tədbirləri zamanı – oktyabrın 17-dən 23-dək İrana zərbə endirməyə hazırlaşır.
//Samir Qurbanov, Editor.az