Avrasiya İqtisadi Birliyi (AAİB) idarə heyətinin rəhbəri Bakıtjan Saqintayev bildirib ki, İran təşkilatda müşahidəçi statusu almaq niyyətini açıqlayıb
Avrasiya İqtisadi Birliyi idarə heyətinin rəhbəri Bakıtjan Saqintayev bildirib ki, İran təşkilatda müşahidəçi statusu almaq niyyətini açıqlayıb. Onun sözlərinə görə, mayın 27-də assosiasiya İslam Respublikasından müvafiq nota alıb. Saqintayev əlavə edib ki, vaxti gələndə buna baxılacaq.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk daha əvvəl müşahidəçi statusunun alınması prosedurlarından danışıb. O qeyd edib ki, İran onları həyata keçirsə, ilin sonunda müşahidəçi statusuna malik olacaq.
//Samir Qurbanov, Editor.az

