İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Naderi Avropa Parlamentinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsini tövsiyə edən qətnaməsinə cavab olaraq tədbirlərin hazırlandığını açıqlayıb.
İran Aİ ölkələrinin ordularını terrorçu elan etmək niyyətindədir. Bununla bağlı parlament “ABŞ-da İİKK-nın terror təşkilatı kimi tanınması üçün cavab tədbirləri haqqında” qanunun əhatə dairəsini genişləndirməyi planlaşdırır.
Editor.az bildirir ki, bu barədə Əhməd Naderiyə istinadən ISNA xəbər yayıb: “Bu layihə bütün Aİ-yə üzv dövlətlərə, eləcə də onların silahlı qüvvələrinə, onların təşkilatlarına və qurumlarına şamil ediləcək və bu, İİKK-nı terror təşkilatları siyahısına salacaq.
Yanvarın 19-da İran Silahlı Qüvvələrinin Baş Qərargahı Avropa Parlamentinin qərarını pisləyib və bəyan edib ki, SEPAH-ın fəaliyyəti sayəsində Avropa dövlətləri İŞİD kimi terrorçu təşkilatların nəzarəti altında deyil. Qeyd edək ki, yanvarın 18-də Avropa Parlamenti Avropa İttifaqını SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnamə qəbul edib.
//Samir Qurbanov. Editor.az