İran Avstraliyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıbbackend

İran Avstraliyanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Avstraliyanın xarici işlər naziri Penni Vonqun İranla bağlı bəyanatlarına reaksiya olaraq ölkənin Tehrandakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Mehr Xəbər Agentliyi İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasını yayıb.

“Avstraliya xarici işlər nazirinin İran xalqını dəstəkləmək və insan haqları bəhanəsi ilə bəzi İran rəsmiləri və vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək barədə bəyanatlarından sonra Tehranın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Xarici işlər nazirinin müdaxilə xarakterli açıqlamalarına və sözügedən sanksiyalara reaksiya verilib”,- deyə bəyanatda qeyd edilib.

Onu da qeyd edək ki, Avstraliya hökuməti dünən “insan hüquqlarının pozulması” və “təzyiq tətbiqi” səbəbiylə bəzi iranlı şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.

“Avstraliya hökuməti İranın insan haqları pozuntularına görə məsuliyyət daşıması üçün qətiyyətli və məqsədyönlü addımlar atmağa davam edəcək. İran rejimini insanların ölümünə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməyə çağırırıq”,- deyə Avstraliyanın xarici işlər naziri Vonq bildirib.

//Safura Bənnayeva, Editor.az