İran-Azərbaycan münasibətlərinin normallaşmasında Türkiyənin rolu: Gərginlik davam edirbackend

İran-Azərbaycan münasibətlərinin normallaşmasında Türkiyənin rolu: Gərginlik davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranla Azərbaycan arasında artan gərginlik əsasən Tehrandan qaynaqlanır. Rəsmi Tehran regiondakı geosiyasi prosesləri qəbul etmək istəmir”.

Bu fikirləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə aprelin 7 və 8-ində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan telefon danışığının  iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqların həllinə kömək edib-etməyəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran Azərbaycana qarşı birbaşa ideoloji müharibə aparır:

“Ölkəmiz isə İranla daima qonşu və qarşılıqlı etimad müstəvisində münasibətlərin inkişafında maraqlıdır. Bu böhranın sona çatması üçün Tehran öz siyasətində düzəlişlər etməlidir. İndiki vəziyyətdə nazirlərin iki gün ard-arda telefon danışığı etməsi telefon diplomatiyasıdır. Türkiyənin bu məsələdə rolu istisna deyil. Rəsmi Ankara İrana öz mesajlarını verib. Amma biz İrana etibar etməməliyik”.

Politoloq qeyd edir ki, belə bir ərəfədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Arben Qriqoryanın da İranda olması da ciddi maraq doğurur:

“İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşlər keçirilir. Hərbi, müdafiə, təhlükəsizlik istiqamətində İran-Ermənistan əlaqələri müzakirə olunur. Hətta sazişlər də imzalanıb. Fikrimcə, Azərbaycan və İran arasında münasibətlər normallaşmayacaq. Tehran ölkəmizə qarşı apardığı siyasəti düzəltməli, təxribatlara son verməlidir. Hələ danışıqlar uzun sürəcək. Adi telefon zəngi ilə bu məsələnin həlli mümkün görünmür. Türkiyə prosesdə fəal olmalıdır ki, münasibətlər normallaşsın”.
 
//Safura Bənnayeva, Editor.az