İranın Energetika Nazirliyinin rəhbəri Əli Əkbər Mehrabian Rusiya və Azərbaycanla elektrik enerjisi mübadiləsinin nə vaxt başlayacağını bildirib. Nazirin sözlərinə görə, Tehran yaxın altı ayda mübadilə prosesinə başlamağı planlaşdırır.
O qeyd edib ki, bu layihə İran üçün çox qənaətlidir, çünki Rusiya İrandan daha çox elektrik enerjisi istehlak edir. Bundan əlavə, Mehrabian vurğulayıb ki, Tehran, İran və Rusiya enerji sistemlərini birləşdirən üç layihəni nəzərdən keçirir – Azərbaycan, Gürcüstan və Türkmənistan vasitəsilə.
Eyni zamanda o əlavə edib ki, layihənin Azərbaycan üzərindən həyata keçirilməsi daha asanolacaq. “Şəbəkələrin inkişafına və infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi ehtiyac yoxdur. Biz Azərbaycan və Rusiya ilə yaxşı razılaşma əldə etmişik ki, bu da bizə üç ölkənin elektrik enerji sistemlərini ən qısa müddətdə birləşdirməyə imkan verəcək”, -iranlı nazir bildirib.
//Samir Qurbanov, Editor.az

