İran Azərbaycan və Türkiyəni bu siyahıdan sildi – FOTObackend

İran Azərbaycan və Türkiyəni bu siyahıdan sildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran 19 mayda helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisinin vəfatı ilə bağlı başsağlığı verən ölkələrə təşəkkür məqsədilə foto paylaşıb.

Editor.az  axar.az-a istinadən bildirir ki, Rəisinin fotosu fonunda başsağlığı verən ölkələrin bayraqları əks olunub. Maraqlıdır ki, paylaşımın ingiliscə versiyasından fərqli olaraq, fars dilində olan versiyasında Azərbaycan və Türkiyənin bayrağı yoxdur.

Halbuki Azərbaycan və Türkiyə ilk başsağlığı verən, eyni zamanda helikopterin qalıqlarının tapılması üçün köməyini təklif edən ölkələrdir, Türkiyənin “Akınçı” PUA-sı isə bu axtarışlarda birbaşa iştirak edib və məhz türk PUA-sının sayəsində qəza yeri tapılıb.

Həmçinin Azərbaycan və Türkiyə vida mərasimində yüksək səviyyədə nümayəndə heyətilə ilə təmsil olunub.

Fotonu təqdim edirik: