İran hakimiyyəti Qarabağda uğurlu antiterror əməliyyatından sonra İrandan Azərbaycan və Ermənistana uçuşları bərpa etmək qərarına gəlib.
Xatırladaq ki, sentyabrın 19-da Qarabağda antiterror tədbirlərinə başlandıqdan sonra İranın Mülki Aviasiya Təşkilatı 2sərnişinlərin təhlükəsizliyi” üçün Azərbaycan və Ermənistana və əks istiqamətdə bütün uçuşları dayandırmışdı.
İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazerlunun sözlərinə görə, bir gün əvvəl münaqişənin həllini nəzərə alaraq, respublikalarla uçuşların bərpası qərara alınıb.
//Samir Qurbanov, Editor.az