İranın ittihamları əsassız və qərəzlidir -ŞƏRHbackend

İranın ittihamları əsassız və qərəzlidir –ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr 2020-ci il bəyannaməsi sadəcə bir razılaşmadır. Yekun sülh müqaviləsi deyil ki, hansısa ölkə bunu əlində bayraq edib ölkəmizə qarşı istifadə etsin. Bu bəyannaməyə əməl etməyən isə Ermənistan və Rusiyadır. Azərbaycan həmin sənədlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda biz rəsmi İrəvanın bundan yayındığının dəfələrlə şahidi oluruq. Hələ də işğaldan azad edilən ərazilərdə erməni separatçılarının mövcud olması da buna nümunədir”.

Bunu Editor.az-a AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli İran parlamentinin üzvü Ara Şaverdyanın Azərbaycanı 44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr bəyanatından “kənara çıxmaqda” ittiham etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu İranı narahat edir:  “1918-ci ildə Azərbaycan öz Cümhuriyyətini elan edəndə elə ilk Qacar İranı etirazını bildirmişdi ki, niyə ölkənin adı Azərbaycan təyin edilir. İran Azərbaycanın güclənməsi, Türkiyə ilə münasibətlərin müsbət inkişafı və Turandan narahatdır. Sirr deyil ki, Azərbaycan Türkiyəni türk dünyası ilə birləşdirən körpüdür. Bu körpü də Zəngəzurdan keçir. Zəngəzurla Azərbaycan birləşdikdən sonra Türkiyə ilə Türküstan və digər türk dövlətləri arasında bir körpü yaranacaq. İdeoloji dövlət siyasi təfəkkürü ilə idarə edilən rəsmi Tehranı da bu çox narahat edir. Ona görə də rəsmi Bakıya bu kimi basqılar etməyə çalışır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da əbəs yerə demədi ki, Zəngəzur dəhlizin açılması ilə bağlı Ermənistanla deyil , İranla ciddi problemlər var. Ermənistan xarici işlər naziri də buna oxşar bəyanatlarla çıxış etmişdi. Düşünürəm ki, İranın mövcud fikirlərinə görə nə Azərbaycan, nə də Türkiyə öz mövqeyindən geri çəkilməlidir “.

//Safura Bənnayeva, Editor.az