İran Azərbaycan, Rusiya və Tehran üçün vacib olan digər Avrasiya tərəfdaşları ilə qardaşlıq və bərabərlik istəyir. Bu barədə İran prezidenti Məsud Pezeşkian Kirmanşah vilayətində investorlarla görüşündə bildirib: “Biz ölkə daxilində və qonşularımızla münasibətlərdə sülh və əmin-amanlıq istəyirik.
Biz Azərbaycan, Rusiya, Əfqanıstan, Pakistan, İraq və Səudiyyə Ərəbistanı ilə qardaşlıq və bərabərlik istəyirik”, – Məsud Pezeşkian deyib.
//Samir Qurbanov, Editor.az