“İranın 26 vilayətində yeni neft və qaz ehtiyatlarının aşkarlanması üzrə geoloji kəşfiyyat işləri aparılır”.
Oxu.Az xəbər verir ki, bunu İranın Milli Neft Şirkətinin Geoloji Kəşfiyyat Şöbəsinin müdiri Mohyeddin Cəfəri İLNA agentliyinə deyib.
Onun sözlərinə görə, sözügedən işlər İranın şimal-qərb hissəsində yerləşən Ərdəbil vilayətində də aparılır.
Cəfəri Azərbaycanda ərazidə neft hasilatının və yataqlarının olduğu nəzərə alaraq, yeni ehtiyatların tapılacağına ümid etdiyini bildirib.
O əlavə edib ki, hazırda mütəxəssislər ikiölçülü və üçölçülü geoloji kəşfiyyat işlərini yerinə yetirirlər.

