İran Bakıya Kiyev ssenarisi yaşatmaq istəyir – Ermənistana da bu silahdan ötürürbackend

İran Bakıya Kiyev ssenarisi yaşatmaq istəyir – Ermənistana da bu silahdan ötürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran şiə, İslam dövlətindən çox özü üçün terror dövləti obrazı çizməyə başlayıb. Bunu son zamanlar Tehran daha açıq şəkildə nümayiş etdirir və onunla bağlı beynəlxalq ictimiyyətdə formalaşn bu cür fikirlər belə görünür ki, iran rejimini narahat etmir. 

Tehran terror dövləti olmasaydı, işğalçılara dəstək verib, onlara hərbi dəstəyini dayandırardı. Biz necə ki, bunu Tehrandan istər 30 il əvvəl, istər Azərbaycan ərazilərinin işğalı zamanı, istərsə də 44 günlük müharibə və postkonflikt dövründə Ermənistana, onun da ardınca Rusiyaya ötürdüyü silahlar timsalında gördük. Nəzərə alsaq ki, Paşinyan son tehran səfəri çərçivəsində irandan ballistik raketlər və dronların alınması məsələsində İbrahim Rəsinin razılığını bir daha aldı, o zaman demək ki, İran Ukrayna ssenarisinin Azərbaycan üzərində sınanmasında maraqlıdır.

Yeri gəlmişkən, İranın Ukrayna ilə savaşda Rusiyaya kamikadze dronları göndərdiyi ilə bağlı məlumatlar ilk günlərlə müqayisədə artıq rəsmi Tehran tərəfindən də təsdiq edilir. Cənub qonşumuz bu addımlar Rusiyanın işğalçı siyasətinə dəstək verdiyini anlaya-anlaya dronlarının Ukraynada daha çox hərbçi və dinc insanın həyatına son qoyması faktları ilə elə qürrələndi ki, Tehran sevincdən axıra kimi dilini dinmiş saxlaya bilmədi və həmin silahları məhz onların Rusiyaya ötürdüyünü etiraf etdi.

Amma Ukrayna çox tez bir müddətdə İran dronlarının zərərsizləşdirilməsinin yolunu tapdı. Bəlkə də İran proseslərin bu qədər sürətlə bir-birini əvəz edəcəyini bilsəydi, Azərbaycana qarşı 30 il işğalçıya dəstək verdiyini gizlətməyə çalışdığı kimi dron haqq-hesabını da ört-basdır etmək üçün istənilən ssenarini qura bilərdi.

İndi İran dronları Ukraynada çox asanlıqla “ovlanır”. Bu da İranın sinəsinə vuraraq öyündüyü kamikadze dronlarının sıradan çıxarılması üçün əlacın tapıldığı deməkdir. Amma İran Ukraynaya problem yaratmaqda davam etmək niyyətindədir. Belə ki, artıq yayılan bəzi məlumatlarda İranın Rusiyaya ballistik raketlər verməyə başladığı qeyd olunur.

Çox güman ki, hərbi sənaye imkanları günü-gündən tükənməyə doğru gedən, sarsıdıcı zərbələr dalğasının növbəti mərhələsinə hazırlaşdığı bildirilən Rusiyanın qarşıdakı günlərdə növbəti dəfə Ukraynaya bu raketlərlə zərbələr endirəcəyi gözlənilir.

Elə bu səbəbdəndir ki, Qərb sözügedən məlumatların sızmasının ardından Ukraynaya Hava Hücumundan Müdafiə Sistemlərinin göndərilməsini sürətləndirib. Bu da, dolayı da olsa İranın artıq bu müharibədə iştirakı deməkdir!

Çünki əgər sən Rusiyanın bu cür işğal məqsədli müharibəsində ona dəstək verib, hərbi yardım göstərirsənsə, bu, Rusiyanın yanında yer almağın mənasını verir.

Təbii ki, belə bir məqamda İrana qarşı sanksiya tədbirlərinin gündəmə gəlməsi qaçılmazdır. Amma proseslər göstərir ki, Qərbin İrana sanksiyaları cənub qonşumuzun elə də ciddi narahatlığına səbəb olmur. İslanmışın yağışdan nə qorxusu – 40 ildir sanksiya altında olan İrana yenilərini tətbiq etmək nəyi dəyişəcək ki?!

Əslində rəsmi Tehranın bu cür qərarları özü-özünü dünyadan təcrid etmək siyasətindən başqa bir şey deyil. Görünən odur ki, İran xalqının vəziyyəti rejimi qətiyyən narahat etmir.

Özünə umac ova bilməyən, əvəzində başqasına əriştə kəsən İran hazırda odla oynayır desək, yanılmarıq. Azərbaycana qarşı cəbhə açan İran ermənipərəst mövqeyi və bəyanatları ilə Bakı ilə az qala hərbi müdaxilə səviyyəsinə çıxacaq qədər sərt qərarlar verməyə hazır olduğunu gizlədə bilmir.

30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, onu talamaqda Ermənistana hər cür yardım edən İran indi də İrəvanı silahlandırmaq üçün Ukrayna ssenarisini Azərbaycan üzərində sınaqdan keçirmək niyyətində kimi görünür.

Amma Ermənistan ərazisi hesab edilən Qərbi Zəngəzurda konsulluq açan, Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan, Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən, Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran yeganə ölkə kimi tarixə düşən İran daha anlamır ki, onun Azərbaycana qarşı atacağı hər bir addıma görə Bakıdan adekvat cavab gecikməyəcək.

Bunu ötən gün Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə cənub sərhəddimiz boyunca başlayan təlimləri də deməyə əsas verir ki, Azərbaycan sitənilən təhdidə, hərbi müdaxiləyə və işğal planına, təcavüzə qarşı sərt müqavimət göstərməyi yaxşı bilir.

Bu addımla da Azərbaycan göstərdi ki, indiyə qədər İranın irəli sürdüyü bütün təhdidlərə rəğmən, rəsmi Bakı barışdırıcı mövqe tutub, diplomatik gedişlər edirdisə, artıq Bakının da bu məsələdəki siyasəti dəyişdi. Bununla da Azərbaycan İrana anlatmağa çalışdı ki, Bakının üzərinə gəlmək, hərbi təlim adı altında Arazı keçmək mesajına qarşı hərbi müstəvidə cavab verilə bilər.

Əgər İran Ermənistanın yanında yer aldığını nümayişkəranə şəkildə göstərmək məqsədilə Azərbaycana qarşı təhdid ritorikasından əl çəkmək istəmirsə, bu, İranın Azərbaycan ərazisinə qarşı mümkün müdaxilə perspektivindən xəbər verir. Belə olan halda isə Azərbaycan Şuşa qayalarına dırmaşaraq “alınmaz qalanı” erməni barbarlarından azad edən XTQ-çiləri Araz vadisi boyunca təlimə cəlb etdiyi kimi, öz ərazi bütövlüyü, suverenliyi və təhülkəsizliyi naminə digər bütün mümkün tədbirləri də görməyə hazır olduğu mesajını verdi.


Milli.Az