İranın pilotsuz uçuş aparatı Bəhreynin “Bapco Energies” neft-qaz şirkətinin yanacaq rezervuarlarından birini vurub, zərbə nəticəsində yaranan yanğın söndürülüb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir, bu barədə korporasiyanın Bəhreyn İnformasiya Agentliyi tərəfindən yayılan bəyanatında deyilir.
“Hücum nəticəsində xəsarət alan yoxdur. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır”, – deyə “Bapco Energies”in bəyanatında qeyd olunur.

