İran: Biz istənilən təhlükədən özümüzü müdafiə etməyə hazırıqbackend

İran: Biz istənilən təhlükədən özümüzü müdafiə etməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Arakçi bildirib ki, Tehran istənilən hücum və təhdiddən özünü müdafiə etməyə hazırdır.

Editor.az xəbər verir ki, XİN rəhbəri bu barədə İranın Moskvadakı səfirliyində İran Milli Ordusu Günü münasibətilə keçirilən ziyafətdə çıxışı zamanı bildirib.

“Bütün hərbi potensialımız ölkənin müdafiəsi üçün hazırdır, ətrafımızdakı bölgəyə təhlükə olmaq fikrində deyilik, lakin hər cür təhdid və hücum qarşısında özümüzü qətiyyətlə müdafiə edəcəyik” ,- deyə o bildirib.

Qeyd edək ki, Arakçinin bu gün (18 aprel) Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü gözlənilir. Cümə axşamı günü Moskvaya səfərə gələn Arakçi Rusiya prezidenti Vladimir Putinlə görüşüb və ona İranın dini lideri Əli Xamneyinin mesajını çatdırıb. Arakçi Rusiya lideri ilə İran və ABŞ arasında dolayısı danışıqlar da daxil olmaqla bir çox mövzunun müzakirə edildiyini bildirib.

//Gülnarə Abasova, Editor.az