Qarabağda antiterror əməliyyatı davam etdiyi bir vaxtda İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Qafqazda baş verən son hadisələrdən narahat olduqlarını bildirib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Azərbaycan və Ermənistan arasındakı problemin dialoq yolu ilə həllinə çağıran Kənani tərəfləri atəşkəs qaydalarına əməl etməyə dəvət edib.
“İran olaraq biz Qarabağı Azərbaycan ərazisi kimi görürük. Orada yaşayanların hüquq və təhlükəsizliyi bu çərçivədə dialoq yolu ilə həll edilməlidir”,-deyə o bildirib.
Region ölkələrinin problemlərin həllində mühüm rola malik olduğunu vurğulayan Kenani İranın “3+3” formatında danışıqlarda iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.
//Safura Bənnayeva, Editor.az

