İran Böyük Britaniyaya sanksiyalar tətbiq etdibackend

İran Böyük Britaniyaya sanksiyalar tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Böyük Britaniyanın müdafiə naziri Qrant Şeppsi və Kiprdəki Akrotiri aviabazasını sanksiyalar siyahısına əlavə edib. Böyük Britaniya silahlı qüvvələrinin rəhbərləri, hava bazası komandirləri və üç şirkətə də sanksiya tətbiq edilib.

Bu qərarın səbəbi İranın “sülh və təhlükəsizliyə qarşı terror aktlarını təşviq etmək” kimi şərh etdiyi Böyük Britaniyanın İsrailə dəstəyidir. “İran İslam Respublikası Britaniya rejimi və adıçəkilən şəxslərin sionist rejimin törətdiyi terror aktlarını dəstəkləməkdəki hərəkətlərini pisləyir. Onları Britaniya hakimiyyətinin terrorizmlə mübarizə sahəsində beynəlxalq öhdəliklərinin pozulması hesab edir və Birləşmiş Krallığın hərəkətlərinin BMT Nizamnaməsində əks olunmuş beynəlxalq hüququn əsas prinsiplərinin açıq şəkildə pozulması olduğunu bildirir”, – XİN-in bəyanatında deyilir.

Məhdudiyyətlərə Britaniya hərbi kəşfiyyatının rəhbəri Adrian Bird, Silahlı Qüvvələrin strateji komandanlığının rəhbəri Ceyms Hokkenhull və kral ordusunun digər yüksək vəzifəli şəxsləri də daxildir. Sanksiyalar Britaniyanın HMS Diamond esminesi, onun komandiri Piter Evans, həmçinin HMS freqatının komandiri Riçmond Riçard Kempə qarşı da tətbiq edilib. Londona görə, gəmilər Yəmən husilərinin hücumları ilə əlaqədar Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini təmin edir.

//Samir Qurbanov, Editor.az