İran bu addımı atsa darmadağın olarbackend

İran bu addımı atsa darmadağın olar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla İran arasındakı gərginlik pik səviyyəsindədir”.

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

Siyasi ekspert bildirib ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra İran əsl simasını göstərdi:

“Bundan sonra İranın geri çəkilməsinin şahidi olacağıq. İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahyanın təcili Rusiyaya gedərək Moskvadan dəstək umması da nəticə vermədi. Rusya XİN rəhbəri Lavrov “Rusiya Cənubi Qafqazda hərbi fəaliyyətin artırılmasına və eyni zamanda təxribat xarakterli təlimlərə qarşıdır” deməklə Tehranın ümidini puç etdi. Məhz bundan sonra Abdullahyan dedi ki, mən Ermənistandan Azərbaycandan olan həmkarlarımla görüşəyə hazıram. Buna istinad deyə bilərik ki, artıq Tehranda geri addım başlayıb. Amma bu geri addım birdən-birə olmayacaq ki, nəzərə çarpan olsun.

Bu, birinci dəfə deyil ki, İran Azərbaycana qarşı belə qeyri-adekvat davranır. Azərbaycan hər dəfə böyük hadisələrin içində olduğu vaxt İran bizə qarşı bu cür hərəkət edib. Yadımıza salaq, Azərbaycan müstəqillik qazandığı illəri, İran getdi gəzdi, axırda beşinci, altıncı dövlət oldu ki, Azərbaycanın müstəqilliyini tanıdı. Əsrin müqviləsi imzalanarkən də İran buna mane olmağa çalışdı. Sonra, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsinin bu qədər uzanması İrana görə oldu. Tehran orada destruktiv mövqe nümayiş etdirərək Azərbaycan ərazisinə sahiblənmək istəyirdi və buna görə də Xəzər dənizinin hüquqi statusu məsələsi bu qədər uzandı. Məsələ hələ də tam həll olunmayıb və Lavrovun da Abdullahyanla mətbuata açıqlamasında qeyd etdiyi kimi İran hələ də o sənədi ratifikasiya etməyib. Və nəhayət istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra İran əsl simasını göstərdi. Hər dəfə də müəyyən müddətdən sonra İran geri çəkilib. Ya səhvini başa düşür, ya da onu başa salırlar ki, sən səhv edirsən. Bu dəfə də belə olacaq. İranı başa salmağa çalışdılar və saldılar. Türkiyənin Azərbaycana dəstək çıxışları, ABŞ-dan İsraildən, Pakistandan gələn açıqlamalar İranı geri çəkməyə məcbur edir.

İran sərhəd boyunca irimiqyaslı təlimlər keçirsə də Azərbaycana qarşı hərbi güc tətbiq edə bilməz, bu mümkün deyil. Ona görə yox ki, Azərbaycan arxasında demək olar ki, bütün dünya dayanacaq. Sözsüz ki, sərhədin o tayından “Azərbaycana min raket atsaq bəsdir” fikirləri, bəyanatları səslənir. Amma Azərbaycan ərazisinə bir güllənin atılması ilə İran çalxalanar və darmadağın olar. Heç Azərbaycan Ordusunun cavab verməyinə ehtiyac olmayacaq. Azərbaycana qarşı hərbi güc tətbiqi İran ərazisində yaşayan 30-35 milyon azərbaycanlının ayağa qalxmasına səbəb olar və bu İranı parçalayar. Ona görə də vəziyyətin o həddə çatacağını düşünmürəm”.