“İran bu prosesə Baydenin Prezidentliyi dövründən çox əvvəl başlayıb”- Əhəd Məmmədlibackend

“İran bu prosesə Baydenin Prezidentliyi dövründən çox əvvəl başlayıb”- Əhəd Məmmədli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, İran yaxın 60 gün ərzində nüvə silahına sahib olacaq.

Politoloq Əhəd Məmmədli Editor.az-a bildirib ki, İran illərdir, nüvə silahına sahibolma yolunda addımlar atır:

“Bəlkə də bu silahlar Tehranda var, sadəcə rəsmi şəkildə açıqlamır. Ancaq çox güman ki, dünyadakı proseslərin gedişatına əsasən İran gec-tez atom bombasına sahib olacaq. Böyük dövləti də “böyük dövlət” edən onda nüvə silahının mövcud olmasıdır. Belə ki, İran özünü daha toxunulmaz, daha çox sahibi hesab edəcək. 40 ildir hamı İran müharibə ilə hədə-qorxu gəlir, ancaq bundan sonra ona “danışmaq” daha rahat olacaq. Bu məsələ yalnız Cozef Baydenin nəzarətində deyil. İran isə bu prosesə Baydenin Prezidentliyindən qat-qat əvvəl başlayıb. Bunu da nəzərə almaq lazımdır”.

//Gülnarə Abasova, Editor.az