İran bütün quru sərhədlərini qeyri-müəyyən müddətə bağlayırbackend

İran bütün quru sərhədlərini qeyri-müəyyən müddətə bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın qonşu ölkələrlə quru sərhədləri qeyri-müəyyən müddətə bağlanacaq.

Editor.az bildirir ki, bu açıqlama ilə İran Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Kiymars Heydəri çıxış edib. General xüsusi diqqəti İslam Respublikasının qonşularına qarşı hədə-qorxu gəlmək, sərhədlərini pozmaq və ya bu ölkələri işğal etmək niyyətində olmadığını və heç vaxt niyyətində də olmadığını vurğulayıb.

“Bu, qonşu ölkələrə qarşı haqsızlıq deyil. İstənilən ölkənin öz sərhədlərini bağlamaq hüququ var”, – Kiymars Heydəri qeyd edib. Xatırladaq ki, İran koronavirus pandemiyası zamanı 2021-2022-ci illərin keçidində quru sərhədlərini tamamilə bağlamışdı. Sonra bu qərar “Omicron” covid ştammının yayılması ilə əlaqələndirildi.

//Samir Qurbanov, Editor.az