İran bütün Yaxın Şərqdə əsas təhlükəsizlik problemidir – Emmanuel Makronbackend

İran bütün Yaxın Şərqdə əsas təhlükəsizlik problemidir – Emmanuel Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron bildirib ki, İranın nüvə proqramının sürətləndirilməsi bütün dünyanı kritik nöqtəyə – geri dönüşü olmayan nöqtəyə yaxınlaşdırır.

O, vurğulayıb ki, İran bütün Yaxın Şərqdə əsas strateji problem və təhlükəsizlik problemidir. Buna görə də onun üçün bu, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə dialoqda prioritet məsələ olacaq, – L’Orient Le Jour yazır.

“Bu, Fransa, avropalılar, bütün region və ondan uzaqlar üçün əsas strateji çağırışdır”, – deyə Makron Fransa səfirləri qarşısında çıxışı zamanı bildirib.

//Samir Qurbanov, Editor.az