İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: “Ustad ruhani” saxlanıldıbackend

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: “Ustad ruhani” saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“MOUZE” “Telegram” kanalının məlumatına görə, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.

Onların arasında şəbəkə üzvlərinin “ustad ruhani” kimi təqdim etdiyi, Neftçala rayonundan olan Siyasət Bağırov da var.

Lent.az-ın əldə etdiyi məlumata görə, S.Bağırov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

Qeyd edək ki, dünən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində üç iranpərəst dindar saxlanılıb.

Onlar – Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayevdir.