İran da kosmosa raket göndərdibackend

İran da kosmosa raket göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran özünün “Zulcan” daşıyıcı raketinin ikinci sınağını keçirib. 2021-ci ildəki ilk buraxılışdan sonra ABŞ öz narahatlığını ifadə etmişdi. İran Müdafiə Nazirliyinin sözçüsü ikinci sınağın uğurlu olub-olmaması barədə ətraflı məlumat verməyib.

Bu barədə Editor.az “Kommersant”a istinadən xəbər verir. “Zulcan” daşıyıcı raketinin üçüncü mərhələsi bugünkü buraxılış zamanı əldə ediləcək məlumatların məcmusuna əsaslanacaq”, – deyə nazirliyin sözçüsü sınağın uğurlu olub-olmadığını dəqiqləşdirmədən dövlət televiziyasına bildirib. ABŞ peykləri orbitə çıxarmaq üçün istifadə edilən belə uzun mənzilli ballistik texnologiyanın nüvə başlıqlarının buraxılması üçün də istifadə oluna biləcəyindən ehtiyat edir. Tehran isə Vaşinqtonun iddialarını rədd edir.

  Editor.az