İran Milli Neft Şirkətinin (NIOC) kəşfiyyat departamentinin direktoru Moheddin Cəfəri yerli mediaya bildirib ki, İran tezliklə dənizdəki neft və qaz yataqları üçün kəşfiyyat qazma işlərinə başlamağı planlaşdırır.
O, əlavə edib ki, son beş il ərzində İran dəniz şelfində kəşfiyyat işlərini məhz qazma qurğuları ilə bağlı problemlərə görə həyata keçirməyib və bu, Dəniz Neft Şirkəti ilə birgə keçirilən tenderdən sonra həll olunub.
Xatırladaq ki, bundan əvvəl NIOC yeni qazma podratçısının tezliklə Fars körfəzinin şelfində 6 il ərzində ilk kəşfiyyatı aparacağını bildirmişdi. Şirkətin podratçılar tərəfindən neft və qaz kəşfiyyatı tezliklə başlayacaq. Tehran neft və qaz hasilatını artırmağa, o cümlədən yeni, hələ kəşf edilməmiş dəniz yataqlarının işə salınmasına ümid edir.
//Samir Qurbanov, Editor.az