İran diplomatiyası hücuma keçdi: Vaşinqton və Təl-Əvivə ultimatumbackend

İran diplomatiyası hücuma keçdi: Vaşinqton və Təl-Əvivə ultimatum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi son zərbələrlə bağlı Tehran BMT-yə rəsmi etirazını çatdırıb.

İranın xarici işlər naziri Abbas Araqçi BMT Baş katibinə ünvanladığı məktubda bu hücumları beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Nazirin məktubunda bildirilir ki, Natanzdakı və Buşehr elektrik stansiyası yaxınlığındakı dinc nüvə obyektlərinə hücum BMT Nizamnaməsinə, Beynəlxalq Atom Enerjisi Agentliyinin Nizamnaməsinə və beynəlxalq hüquq normalarına ziddir.

Araqçi vurğulayıb ki, nüvə infrastrukturuna zərbələr genişmiqyaslı radioaktiv maddə sızmasına səbəb ola, insanlar və ətraf mühit üçün son dərəcə təhlükəli nəticələr doğura bilər.

İran XİN başçısı həmçinin Vaşinqton və Təl-Əvivdən hücumların dərhal dayandırılmasını, vurulan ziyana görə isə tam kompensasiyanın ödənilməsini tələb edib.

Musavat.com