Bu gün İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri İran Ordusunun komandanı, general-leytenant Əbdülrəhim Musəvi (İran Körfəz Qüvvələrinin Komandiri) vəSEPAH komandanı general-leytenant Hüseyn Salami ilə birlikdə İran Silahlı Qüvvələrinin İranın cənubunda Fars körfəzində dislokasiya olunmuş döyüş hissələrini ziyarət edib.
Səfər Amerika lideri Donald Trampın Səudiyyə Ərəbistanına gəlişindən bir qədər əvvəl baş tutub. Baş Qərargah rəisi qoşunların təftişi zamanı qeyd edib ki, İran hərbçiləri vəziyyətin istənilən inkişafına hazırdır və buna qarşı mübarizə aparacaqlar. “Düşmənlərimiz İran İslam Respublikasının dövlət quruluşuna və ərazi bütövlüyünə qarşı səhvə yol versə və ya buna niyyət edərsə, planlaşdırsa və ya düşməncəsinə addımlar atsa, silahlı qüvvələrimiz onlara qarşı dura biləcək. Onlar buna tam hazırdırlar”, – Bağeri deyib. O əlavə edib ki, hücum zamanı düşmənlərə böyük ziyan dəyəcək. İran ordusu bütün hadisələrə tam hazırdır.
Qeyd edək ki, ABŞ prezidenti mayın 13-dən 16-dək Yaxın Şərq regionunda səfərdədir və bu, vəzifəyə başladıqdan sonra onun ilk dövlət səfəridir.
//Samir Qurbanov, Editor.az