İran iqtisadi sanksiyaların ləğvi müqabilində prezident Donald Trampla nüvə sazişi imzalamağa hazırdır. Bu barədə İranın ali dini liderinin baş müşaviri Əli Şəmxani NBC News telekanalına müsahibəsində bildirib.
Əli Şamxani bütün iqtisadi sanksiyaların dərhal ləğvi müqabilində İran heç vaxt nüvə silahı istehsal etməyəcəyinə dair öhdəlik götürəcək, yüksək zənginləşdirilmiş uran ehtiyatlarından xilas olacaq və uranı yalnız mülki istifadə üçün lazım olan daha aşağı səviyyəyə qədər zənginləşdirməyə razı olacaq. Bundan əlavə, müşavirin sözlərinə görə, İran beynəlxalq müfəttişlərə bu prosesi izləməyə icazə verəcək.
NBC-nin şərtlərə əməl ediləcəyi təqdirdə İranın həmin gün müqaviləni imzalamağa razı olub-olmayacağı sualına cənab Şamxani belə cavab verib: “Bəli.
//Samir Qurbanov, Editor.az