İran dövlət mediası əxlaq polisinin ləğv edilməsi ilə bağlı iddiaları rədd edirbackend

İran dövlət mediası əxlaq polisinin ləğv edilməsi ilə bağlı iddiaları rədd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın baş prokuroru Məhəmməd Cəfər Montazeri tənqid hədəfinə çevrilən “əxlaq polisi” bölməsinin bağlandığını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, ədliyyənin ölkədəki son nümayişləri bütün istiqamətləri ilə qiymətləndirdiyini ifadə edən Muntazeri, Əxlaq Polisi bölməsinin bağlanması ilə bağlı suala belə cavab verib: “Əxlaq polisinin Ədliyyə ilə heç bir əlaqəsi yoxdur. Əxlaq polisi keçmişdə harda qurulmuşdusa, orada da bağlandı “.

Ərəb telekanalı iddia edib ki, xarici media Montazerinin şərhini “İslam Respublikasının etirazlar nəticəsində hicab və din əxlaqı ilə bağlı mövqeyindən geri çəkilmə” kimi qələmə verib. Digər tərəfdən, İran Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinə əxlaq polisinin ləğv edilib-edilmədiyi soruşulub. Bölmədən verilən açıqlamada belə bir qərarın onlara çatdırılmadığı bildirilib. Polis İdarəsi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

//Safura Bənnayeva, Editor.az