“İran dünyada terrorçuluğu dəstəkləyən dövlətə çevrilib”-Deputatdan AÇIQLAMAbackend

“İran dünyada terrorçuluğu dəstəkləyən dövlətə çevrilib”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran hər zaman Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirib. Tehrandakı molla rejimi də ölkəmizin güclü dövlətə çevrilməsini heç  vaxt istəməyib”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə,  Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətdə İran prosesi uzatmaq üçün həmişə ermənilərə istər iqtisadi, istərsə də hərbi cəhətdən yardım edib:

“İndi Azərbaycan daha da güclü, qüdrətli dövlətə çevrilib. Öz doğma torpaqlarımızı işğaldan azad etdikdən sonra da rəsmi Tehran heç cürə qələbəmizi həzm edə bilmir. Ölkəmizə qarşı düşmənçilik mövqeyini əvvəllər açıq-aşkar nümayiş etdirmirdisə, son vaxtlar bunu dövlət səviyyəsində biruzə verir. Səfirliyimizə edilən silahlı hücumdan əvvəl də erməni siyasi dairələrində, xüsusən də SEPAH-ın yüksək rütbəli hərbiçiləri  Azərbaycana qarşı təxribat xarakterli çıxışlar edirdilər. Səfirliyə qarşı silahlı terror İranda ermənilərin azərbaycanlılara qarşı kütləvi aksiyalarının keçirilməsi, Azərbaycana qarşı düşmənçilik siyasətinin davamıdır”.

Millət vəkilinin sözlərinə görə, İran da anlayır ki, Azərbaycan dövləti Cənubi Azərbaycandakı molla rejiminin zülm etdiyi, işgəncəyə məruz qoyduğu soydaşlarının vəziyyətinə biganə qalmayacaq:” Baş verən hadisələr də onu deməyə əsas verir ki, İran özünün də vurğuladığı kimi islam dinin təşəbbüskarı deyil, əslində dünyada terroru və terrorçuluğu dəstəkləyən dövlətə çevrilib”.

//Safura Bənnayeva, Editor.az