İrandan atılan raket hücumundan sonra Əbu-Dabinin ən böyük sənaye və azad ticarət zonası olan Xəlifə yaxınlığında iki yanğın baş verib.
Məlumatı “Al Hadath TV” yayıb. Bildirilir ki, yanğınsöndürənlər “Xəlifə sənaye zonası yaxınlığında iki yanğınla mübarizə aparırlar”.
Telekanalın dəqiqləşdirdiyinə görə, hər iki yanğın hava hücumundan müdafiə qüvvələrinin İrandan atılan raketi ələ keçirməsi nəticəsində baş verib.
Müəyyən edilmiş yanğınların miqyası barədə hələlik məlumat yoxdur.
Musavat.com

