İran Husi hərəkatına ballistik raketlər, pilotsuz təyyarələr və kəşfiyyat məlumatları ötürürbackend

İran Husi hərəkatına ballistik raketlər, pilotsuz təyyarələr və kəşfiyyat məlumatları ötürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Qırmızı dənizdə gəmiləri atəşə tutmaq və hücum etmək üçün Yəmənin “Ənsar Allah” (Husi) hərəkatına ballistik raketlər, pilotsuz təyyarələri və kəşfiyyat məlumatları ötürür.

Editor.az bildirir ki, bu barədə “The Wall Streer Journal” (WSJ) öz mənbələrinə istinadən yazıb. Nəşrin məlumatına görə, Tehran husilərə kömək üçün hərbi müşavirlərini də göndərib.

“İran Yəməndəki husi müttəfiqlərinə getdikcə daha mürəkkəb silahlar göndərərək, ABŞ-ın həftələrdir həyata keçirdiyi hava hücumlarına baxmayaraq, onların kommersiya gəmiçiliyinə hücum etmək və beynəlxalq ticarəti pozmaq imkanlarını artırır.

İran qabaqcıl silahlardan əlavə, husilərə pilotsuz uçuş aparatları, raketlər və uzaq mənzilli raketlər üçün hissələr də təqdim edib. İranlılar və onların “Hizbullah”dan olan müttəfiqləri husilərə kömək etmək və hücumlar təşkil etmək üçün Yəmənə müşavirlər göndəriblər”, – adının açıqlanmasını istəməyən bir neçə Qərb rəsmisi WSJ-yə bildirib.

Yanvarın 11-də ABŞ hərbçilərinin İranın ən müasir silahları ilə dolu gəmini ələ keçirdiyi iddia edilir. Bunlara İranın gəmi əleyhinə “Qədir” raketi üçün montaj dəstləri, tank əleyhinə “Tufan” raketi üçün komponentlər və dron hücumlarının dəqiqliyini artırmaq üçün nəzərdə tutulmuş optik genişləndiricilər daxildir. Üç gün əvvəl Oman səlahiyyətliləri İrandan husilərə göndərilən pilotsuz təyyarələri də müsadirə etmişdilər.

//Samir Qurbanov, Editor.az