İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı – VİDEObackend

İran ərazisindən Ermənistana aparılan silah yüklü maşınlar yandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 27-dən Ermənistan ordusunun cəbhədə törətdiyi təxribatlardan sonra Azərbaycan ordusunun əks-hücuma keçməsi, Silahlı Qüvvələrimizin əldə etdiyi əhəmiyyətli uğurlar, işğal altındakı bəzi ərazilərimizin düşmən tapdağından azad olunması, ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilməsi nəinki bizim, bütün regionun əsas hadisəsinə çevrilib.

Elə bu günlərdə sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursat, hərbi texnika yüklü maşınların yandırılmasına aid görüntülər yayılır.

Videolarda iddia olunur ki, Cənubi azərbaycanlılar Azərbaycana dəstək məqsədilə bu nəqliyyat vasitələrini yandırıblar və görüntülərini paylaşıblar.

Ermənistana İran ərazisindən silah daşınmasının İslam həmrəyliyinə zidd olduğunu, qonşuluq, həmrəylik münasibətlərinə xələl gətirdiyini qeyd edilir.