İran erməniləri Azərbaycanla sərhəd bölgəyə cəlb edirbackend

İran erməniləri Azərbaycanla sərhəd bölgəyə cəlb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Qafandakı Baş Konsulluğunun dəstəyi ilə tikinti və nəqliyyat biznesi ilə məşğul olan erməni sahibkarlar Araz Azad İqtisadi Zonasında (AİZ) olub. 

Bakupost.az xəbər verir ki, bu barədə “Təbriz Turan TV” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onlar Qafanda investisiya imkanlarına həsr olunmuş konfransda və Araz Azad İqtisadi Zonasında (AİZ) istehsal olunan məhsulların sərgisində iştirak edib.

Görüş zamanı Ermənistan tərəfi bu zonada fəaliyyət göstərən bir sıra zavodlara baş çəkib və onlarla investisiya sahəsində əlaqələr qurmaq istəyini bildirib.

İranın rəsmi nümayəndəsi erməni qonaqlara lazımi məlumatları çatdırıb.

Qeyd olunub ki, “Araz”da istehsal olunan ilk məhsullar iranlı investorlar tərəfindən Qafana (Ermənistan) ixrac edilib.