İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri Tehranın Ermənistanda ABŞ-la birgə hərbi təlimlər keçirməsindən narahat olduğunu bildirib.
Editor.az bildirir ki, bu barədə Baqeri ilə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə bəhs olunub. İranın Baş Qərargah rəisi vurğulayıb ki, regionda yeni oyunçuların iştirakı sabitliyinin pozulmasına gətirib çıxarır.
O, daha sonra qeyd edib ki, ölkələr arasında ikitərəfli qarşılıqlı fəaliyyətlə bağlı bütün məsələlər danışıqlar masası arxasında həll edilməlidir.
//Samir Qurbanov, Editor.az

