“İran Ermənistanın ticarət dövriyyəsini artırmaq istəyir”-Deputatdan AÇIQLAMAbackend

“İran Ermənistanın ticarət dövriyyəsini artırmaq istəyir”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Ermənistan arasında mövcud olan “mehriban bacı” münasibəti hər kəsə məlumdur. Bununla yanaşı, İrana sanksiyalar artıqca, o da öz “dostuna” dəstək verməyə başlayır. Ermənistanın iqtisadiyyat nazirinin müavini Armen Arzumanyan bəyan edib ki, 2022-ci ilin ilk on ayında Ermənistanla İran arasında ticarət dövriyyəsi 45,3% artaraq 565,6 milyon dollara çatıb.

Maraqlıdır ki, İranın bu dəfə Ermənistanın gələcəyi ilə bağlı arzuları nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Ermənistan ilə İran arasında münasibətlərin dərinləşməsi müşahidə olunur:

“İran iki ölkə arasında ticarət dövriyyəsini yaxın illərdə 3 milyard dollara qədər yüksəltməyi hədəfləyir. Bu da ondan xəbər verir ki, İran Ermənistanla münasibətlərin dərinləşməsində xüsusən də Azərbaycanın əldə etdiyi Zəfərdən sonra xeyli dərəcədə maraqlı olub. Nə qədər qəribə olsa da İran Ermənistanın ticarət dövriyyəsini artırmaq istəyir. Bunun daxilində həm də qaz ixracatı da var. Həmin istiqamətdə də işlər genişləndirilir. İki ölkə arasında ticarət dövriyyəsində həm ərzaq, həm də sənaye məhsullarının xüsusi payı var. İrandan Ermənistana ərzaq məhsullarının ixracı həyata keçirilir. İki ölkə əməkdaşlığı növbəti illərdə də artırmaq niyyətindədir. Təəssüf ki, İran rejimi praktiki olaraq regionda Ermənistanla sıx əlaqələr qurub, hətta Azərbaycan sərhədinin iki metrliyində konsulluğun açılmasını həyata keçirdib. Sanksiya tətbiq edilən İranın Ermənistanla iqtisadi əlaqələrini strateji hesab etmək mümkün deyil. İrana qarşı sanksiyalar genişlənir. Bununla belə İran rejimi Azərbaycanın qələbəsindən sonra Ermənistana xüsusi qayğı ilə yanaşmağa başlayıb”.

//Safura Bənnayeva, Editor.az