İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olubbackend

İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazdakı gərginlik rəqabətin yeni mərhələsinə yol açıb.

Zəngəzurla bağlı qarşıdurma ucbatından Azərbaycan və Ermənistanın hələ də üz-üzə qaldığı bir vaxtda Tehran Bakının, habelə Moskva və Ankaranın ciddi rəqibinə çevrilib”.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə “Eghtesad News” saytı yazıb.

Sayt bildirib ki, 44 günlük müharibə Qarabağda erməni işğalına son qoyub. Bu, regional siyasətdə yeni səhifə açıb, eyni zamanda, sülh, sabitlik və regional inteqrasiyanı təmin etmək üçün tarixi imkanlar yaradıb.

“Üç Cənubi Qafqaz ölkəsinin iştirakı ilə üçtərəfli əməkdaşlıq platformasının yaradılmasına ən əsas maneə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmamasıdır. İki ölkə indiyə qədər münasibətlərini normallaşdırmaq üçün həyati əhəmiyyət kəsb edən müqaviləni müzakirə edə bilməyib. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının irəli sürülməsi Azərbaycan tərəfindən gizli təhlükə kimi qiymətləndirilir. Nəticədə Bakı sülh müqaviləsinin imzalanmasını bu iddiaların aradan qaldırılması ilə şərtləndirir”, – deyə yazıda bildirilib.

Həmçinin, qeyd edilib ki, bu gün Cənubi Qafqaz ənənəvi mənada vahid bir bölgəyə bənzəmir. Daha doğrusu, qəfil püskürə biləcək sönmüş vulkan kimi görünür. Fransa, Hindistan və İrandan Ermənistana hərbi yüklərin göndərilməsi bu gərginliyə səbəb olub.